Təcili tibbi yardım avtomobili qəzaya düşdü

Gəncədə təcili tibbi yardım avtomobilinin iştirakı ilə  yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb. Hərəkətdə  "Mercedes"  markalı  təcili tibbi yardım avtomobili  "KİA Sorento" markalı minik maşını ilə toqquşub. Qəzadan sonra təcili yardım avtomobili yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib. İlkin etimalara görə, qəzaya səbəb avtomobilərdən birinin dönmə  əməliyyatını düzgün yerinə yetirməmsidir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır

 

Fuad Nazimoğlu

APA TV Gəncə

Müəllif | Apa.Tv
Apa.tv