Təhsil Nazirliyi direktorla bağlı araşdırmaya başladı – TƏLƏBƏNİ TƏHQİR EDİB

Sosial mediada Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tabeliyində fəaliyyət göstərən Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralovaya aid olunan səs yazısı yayılıb.

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, distant formada keçirilən imtahan zamanı Humanitar Kollecin direktoru Nərmin Qaralovanın xanım tələbəni xoşagəlməz ifadə ilə təqdim etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

 

Direktorun tələbəni təhqir etməsi iddiası ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlarla əlaqədar olaraq Təhsil Nazirliyində araşdırmalara başlanılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv