Təhsil Nazirliyinin aparat rəhbəri nazir müavini təyin edildi

Prezident İlham Əliyevin sərəncamı ilə Təhsil nazirinin aparat rəhbəri Muxtar Məmmədov təhsil nazirinin müavini təyin olunub.

 

APA TV-nin məlumatına görə, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

 

O qeyd edib ki, bu gün təhisil naziri Emin Əmrullayev yeni nazir müavininə nazirliyin kollektivi ilə birgə uğurlar arzulayıb.

Müəllif | Apa.Tv
Apa.tv