Tək yaşayan şəxsin meyitini qonşular tapdı - ZAQATALADA

 

Zaqatalada evdən meyit tapılıb.

APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, hadisə dekabrın 4-də Zaqatala şəhəri, Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb.

1984-cü il təvəllüdlü Elvin Eldar oğlu Ələkbərovun meyiti qonşuları tərəfindən yaşadığı evdə aşkar edilib. Meyitin üzərində heç-bir zorakılıq əlamətləri aşkar edilməyib və müayinə edilmək üçün aidiyyəti üzrə təhvil verilib.

Elvin Ələkbərovun tək yaşadığı və tüfeyli həyat sürdüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv