Təkəri qırılan minik avtomobili yük maşınına çırpılıb
Bakıda minik avtomobili yük maşınına çırpılıb.
APA TV-nin məlumatına görə, qəza Lökbatan dairəsi adlanan ərazidə baş verib.
Yüksək sürətlə idarə olunan "AzSamand" markalı avtomobilin təkərlərində problem yaranıb. İdarəetmədən çıxaraq arakəsməyə çırpılan nəqliyyat vasitəsinin təkəri qırılıb. Özünü avtomobildən atan sürücü sağ qalıb. Maşın isə yol kənarında park olunmuş yük maşınına çırpılıb.
Sürücü xəsarət alıb. Minik maşını yararsız vəziyyətə düşüb.
Hadisənin təfərrüatı araşdırılır.