Telefon mağazası qarət olundu

Bakıda mağaza qarət olunub.

 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Yasamal rayonunun Ş.Qurbanov küçəsindəki mağazaların birindən 11 ədəd mobil telefonun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

 

Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Zaur Musayev müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv