Telefona gələn reklam mesajları abunəçilərlə razılaşdırılmalıdır? – TƏHLÜKƏ VAR

Demək olar ki, hər gün smartfonlara reklam xarakterli mesajlar gəlir. Bu, kütləvi sms şirkətləri tərəfindən həyata keçirilir. SMS şirkətləri müəyyən məbləğ qarşılığında hər hansı reklamı nömrələrə mesaj vasitəsilə göndərir. Reklam mesajlarının yalnız həmin kontentlə maraqlanan abunəçilərə göndərilməsi təklif edilir. Onu da deyək ki, reklam mesajları təhlükə mənbəyi də ola bilər. Bu üsulla kiber hücumların həyata keçirilməsi istisna edilmir. Odur ki, gələn mesajları açarkən diqqətli olmaq lazımdır. Telekommunikasiya haqqında qanunda qeyd edilir ki, mobil operatorun reklam şirkəti ilə bağlanan müqavilə əsasında abunəçiyə bu tip mesaj göndərməsi mümkündür. Lakin abunəçiyə reklam mesajı onunla razılaşdırılmış qaydada göndərilməlidir. Qanuna görə, sözügedən razılıqdan sonra abunəçiyə yenə reklam xarakterli mesajlar göndərilirsə, bu halda mobil operator məsuliyyət daşıya bilər. ORXAN ASLAN RASİM BƏHRAMİ APA TV

Müəllif | Apa.Tv
Apa.tv