Təlimlər davam edir - PUA HEYƏTLƏRİ TƏLİM TAPŞIRIQLARINI İCRA EDİR

Azərbaycan Ordusunda hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının da cəlb olunduğu təlimlər davam edir.

 

Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, təlimlər çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri havadan müxtəlif hündürlüklərdə kəşfiyyat aparır.


PUA heyətləri həmçinin şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkar edilməsi və müvafiq məlumatların idarəetmə məntəqələrinə göndərilməsi üzrə tapşırıqları icra edir.

 

Müəllif | Apa.Tv
Apa.tv