Təlimlərdə qoşunların gecə vaxtı yerdəyişməsi keçirilib

Əməliyyat-taktiki təlimlərində qoşunlar döyüş təyinatı rayonlarına gecə vaxtı çıxmaq tapşırıqlarını icra ediblər.


Müdafiə Nazirliyindən APA TV-yə verilən xəbərə görə, qüvvələr vaxt, marşrut, tapşırıqlar üzrə gecə və məhdud görüntü şəraitində yürüş ediblər.

 

Qeyd edək ki, 10.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının cəlb olunduğu təlimlər mayın 22-dək davam edəcək.

 

Müəllif | Apa.Tv
Apa.tv