Təlimlərdə qoşunların yerdəyişməsi icra olunub
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri davam edir.
Müdafiə Nazirliyindən APA TV-yə verilən xəbərə görə, qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, cəbhə və ordu aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması icra olunub.
Qeyd edək ki, 10.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının cəlb olunduğu təlimlər mayın 22-dək davam edəcək.