Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur

Təlimlərdə plana uyğun olaraq qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar səhra idarəetmə məntəqələrində xəritələr üzərinə işlənilir.

 

Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, mövcud vəziyyətə uyğun hazırlanan məruzələr sərəncam şəklində icra edilməsi məqsədilə müasir rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə komandir-rəis heyətinə çatdırılır.

 

Ehtiyatda və mərkəzi tabelikdə olan birləşmələrin səhra idarəetmə məntəqələri təyin olunmuş rayonlara çıxarılır.

 

Müəllif | Apa.Tv
Apa.tv