Təlimlərə cəlb edilən qoşunlar təyinat rayonlarına çıxarılır

Ordumuzun başladığı genişmiqyaslı komanda-qərargah təlimlərinə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır.

 

APA TV-nin məlumatına görə, genişmiqyaslı komanda-qərargah təlimlərinin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır.
 

Qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir.

 

Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.

 

Qeyd edək ki, təlimlər martın 6-dək davam edəcək.

Müəllif | Apa.Tv
Apa.tv