Təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika təlim bölgəsinə yola düşüb

Əməliyyat-taktiki təlimlərin rəhbərliyi, eləcə də Azərbaycan Ordusunun təlimlərə cəlb edilən şəxsi heyəti və xüsusi texnikası təlim bölgəsinə yola düşüb.

 

APA TV Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, yerdən və havadan müşayiət ediləcək kolonların hərəkət marşrutlarında komendant xidməti təşkil olunub.

 

Qeyd edək ki, martın 18-dək davam edəcək təlimə 10.000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Müəllif | Apa.Tv
Apa.tv