Telman İsmayılova RƏSMİ İTTİHAM irəli sürüldü: Sifarişli qətl...
Rusiya İstintaq Komitəsi azərbaycanlı milyonçu Telman İsmayılova rəsmi ittiham irəli sürüb.
APA TV Lent.az-a istinadən xəbər verir ki, o, müğənni Avram Russonun qətlini sifariş etməkdə günahkar bilinir.
Xatırladaq ki, 2006-cı ilin avqustunda Avrom Russoya qarşı sui-qəsd hazırlanmışdı. Onun idarə etdiyi maşın küçədə güllələnmişdi. Müğənni 4 güllə yarası almışdı.