Təmir sexində təkər partladı, usta öldü
Gəncədə təkər təmiri sexində baş verən qəza ustanın ölümü ilə nəticələnib.
41 yaşlı Gəncə şəhər sakini Elman Məmmədov təkər təmiri sexində yük maşınının təkərini təmir edərkən partlayış baş verib. Yüksək təzyiq altında diskdən ayrılan şin ustanın boğaz nahiyəsinə çırpılaraq onun ölümünə səbəb olub.
Yaxınlıqda olan şəxslər səsi eşidərək hadisə yerinə gəliblər. Onlar hadisəni belə xatırlayırlar.
Qeyd edək ki, ölən usta uzun müddətdir həmin sexdə işləyirmiş.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
Fuad Nazimoğlu, Mehdi Rəşid, APA TV