Tənbəl qadınların təhlükəli seçimi: - Keratin botoks
Ancaq yenə də ehtiyatlı olmağımızı deyir stilist. Çünki saçını qalıcı düzləşdirmək istəyən hər müştəriyə bu proseduru uyğulamaq olmaz. Bundan başqa stilist bildirir ki, saçdüzləşdirmə proseduru sağlam-keyfiyyətli saçlara 6 aydan bir, yaxud daha yaxşı olardı ki, ildə bir dəfə tətbiq olunsun. Həkim Aygün Mustafayeva isə saç düzləşdirmə prosedurunu uşaqlara məsləhət görmür. Həkim deyir ki, keratin daxildən sintez olunan, xüsusən saç və dırnaqlarımız üçün əhəmiyyətli bir zülaldır və onun normal miqdarda olması saçımızın quruluşunu gözəlləşdirir. lakin keratinin normadan artıq olması da müxtəlif problemlər yaradır. Bundan başqa kimyəvi maddə vurandan sonra saç qurudulur və yüksək temperaturda ütülənir ki bu zaman da saç telinin qırılması baş verir. Saç düzləşdirmə prosedurunu davamlı etdikdə isə nəinki saçımız, ümumilikdə həyatımız üçün risk yaranır. Qeyd edək ki, qalıcı saç düzləşdirmə müştərilərlə yanaşı saç ustalarına da müxtəlif allergik və sairə kimi zərərli təsirlər göstərə bilər. Hətta bəzi saç ustaları buna peşə xəstəliyi də deyirlər. AYNUR QARA ARİF ƏLİYEV APA TV