Terrorçuluqda təqsirləndirilən ermənilər barədə SON QƏRAR
Terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşı - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin məhkəməsi davam edib.
APA TV-nin xəbərinə görə, bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı edib, İşxan Sarqsyan və Vladimir Rafelyan son söz deyib.
Məhkəmə kollegiyasının hökmünə əsasən, İşxan Sarqsyan 19 il, Vladimir Rafelyan isə 18 il müddətinə azadlıqdan məhrum edilib.
Hər iki şəxs cəzalarını başa çatdırdıqdan sonra Azərbaycan hüdudlarından məcburi qaydada çıxarılacaq.
Xatırladaq ki, prokuror çıxışında İşxan Sarqsyanın 20 il, Vladimir Rafelyanın isə 19 il azadlıqdan məhrum edilməsini istəyib.