Tərtər niyə çiyələk qoxusuna bürünübmüş?

Tərtərdə hazırda çiyələk yığımı davam edir.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, çiyələyin builki məhsuldarlığı fermerlərin ürəyincədir. Bir ay davam edəcək yığım zamanı əldə olunan məhsul əsasən yerli bazarlarda satılacaq.

 

 

Təsərrüfatçılar əsasən çiyələyin Avropadan gətirilən növlərini becərməyə daha çox üstünlük verirlər. Bunun əsas səbəbi həmin növ çiyələklərin həm məhsuldar, həm də satış üçün əlverişli olmasıdır.

 

 

Bütün giləmeyvələr kimi, çiyələk də insan orqanizmi üçün faydalıdır. Ruhdan düşməmək, daim yaxşı əhval-ruhiyyədə olmaq üçün alimlər müntəzəm olaraq çiyələk yeməyi məsləhət görürlər.

 

Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv