Tərtərdə 43 yaşlı kişi minaya düşüb
Tərtərdə 43 yaşlı kişi minaya düşüb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb.
Kənd sakini, 1980-ci il təvəllüdlü Elnur Əsgərov kənd ərazisində boş ərazidə minaya düşüb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Tərtər rayonunda mina hadisəsi barədə məlumat yayıb.
ANAMA-nın Mətbuat xidmətindən verilən məlumata görə, aprelin 18-də Tərtər rayonunun Borsunlu kəndi ərazisində keçmiş təmas xəttinə yaxın, minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.
Partlayış nəticəsində 1980-ci il təvəllüdlü Əsgərov Elnur Asif oğlu xəsarət alıb. Xəsarət alan şəxs Tərtər rayon xəstəxanasına yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, xəstəxanaya yerləşdirilən Elnur Əsgərovun həyati təhlükəsi yoxdur.
Araşdırma aparılır.