Tərtərdə adam vurub qaçdı, Bakıda tutuldu - SİLAH VƏ HƏBLƏRLƏ

 

Tərtərdə cinayət törədib Bakıya qaçan rayon sakini yaxalanıb.

APA TV-nin Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumatına görə, dekabrın 9-da Tərtər rayon sakini Mansur Behbudov qırma yaraları ilə xəstəxanaya gətirilib.

Onu şəxsi münaqişə zəminində Seydimli kənd sakini - əvvəllər məhkum olunmuş Sənan Ağazadənin güllələməsi məlum olub. Qəsdən adam öldürməyə cəhd edən şəxs aradan çıxıb.

Əməliyyat-axtarış tədbirləri ilə Sənan Ağazadə 2 gün sonra - dekabrın 11-də paytaxtın Binəqədi rayonu ərazisində tutulub. Onunla birgə “Priora” markalı avtomobildə daha 2 nəfər saxlanılıb.

Sənan Ağazadənin üzərindən və avtomobildən lüləsi kəsilmiş ov tüfəngi, 6 patron, 1 bıçaq, sərnişinlərin birindən isə 29 ədəd psixotrop “metanarol” və 11 ədəd “deksanmetazon” həbi götürülüb.

 

Saxlanılan şəxslər Tərtər polisinə təhvil verilib.

Müəllif | Apa.Tv
Apa.tv