Tərtərdə baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub

 

Tərtərdə silahlı insident baş verib. APA xəbər verir ki , iki kənd sakini arasında əkin sahəsinin suvarılmasına görə mübahisə düşüb.Hadisə rayonun Əskipara kəndində qeydə alınıb. Əskipara kənd sakini Rəsul Ağayev Yuxarı Qaradağlı kənd sakini Namiq Hüseynova əkin sahələrinin suvarılmasında istifadə edilən sudan istifadə etmək istədiyinə görə tüfənglə atəş açıb. Xoşbəxtlikdən güllə onun avtomobilinə dəyib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, faktla əlaqədər olaraq Tərtər Rayon Polis Şöbəsinin keçirdiyi tədbirlər nəticəsində hadisəni törədən Əskipara kənd sakini Rəsul Ağayev saxlanılıb. Ondan “Ayvaz” markalı ov silahı aşkar edilərək götürülüb. İlkin araşdırma zamanı Rəsul Ağayev və Namiq Hüseynovla aralarında yaranmış mübahisə zamanı ona məxsus VAZ-2106 markalı avtomobilə atəş açdığı müəyyən edilib.Faktla bağlı Tərtər RPŞ-də Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Müəllif | Apa.Tv
Apa.tv