Tərtərdə karantin rejiminə zidd fəaliyyət göstərən kafe aşkar edilib
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN mətbuat xidmətinin Bərdə regional qrupundan APA TV-yə verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rayon ərazisində karantin qaydalarına zidd olaraq müştərilərə yerində xidmət göstərən kafe aşkar edilib.
Kafenin icarədarı Habil Ağayev cərimə edilib, müştərilərə isə ciddi xəbərdarlıq edilib.