Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya olundu

Tərtərdə minaya düşən şəxsin sağ ayağının  bir hissəsinin travmatik ambutasiyası həyata keçirilib. 


APA TV-nin yerli bürosunun xəbərinə görə, Tərtərin  Borsunlu kəndi ərazisində minaya düşən kənd sakini 45 yaşlı Verdiyev Niyaməddin Hikmət oğlu Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 


Xəstəxanın həkim travmatoloqu Hafiz Əliyev bildirdi ki, zərərçəkənin vəziyyəti orta ağırdır.


Tərtər Rayon Prokurorluğunun apardığı araşdırma nəticəsində məlum olub ki, Niyaməddin Verdiyevin mal-qara otararkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sağ ayağın dizdən aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.  
 

Müəllif | Apa.Tv
Apa.tv