Tərtərdə özünə bıçaqla xəsarət yetirən azyaşlı öldü
Tərtərdə 8 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Tərtər rayon sakini, 2012-ci il təvəllüdlü Məmmədov Yusif Ramin oğlu bıçaqla oynayarkən özünə xəsarət yetirib.
Azyaşlı dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma başlanıb.