Tərtərdə qayda pozuntusuna yol verən 7 nəfər cərimələnib

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə genişmiqyaslı tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Bərdə Regional qrupundan APA TV-yə verilən məlumata görə, bu istiqamətdə keçirilən əməliyyat zamanı Tərtərdə qanunsuz olaraq fəaliyyət göstərən kompüter oyun zalı aşkar olunub.

 

Qayda pozuntusuna yol verən obyektin icarədarı və ümumilikdə 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və onlar  cərimə olunublar.

 

 

Müəllif | Apa.Tv
Apa.tv