Tərtərdə yol işçiləri minaya düşüb

Tərtər rayonunda mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb.

 

Minatəmizləmə Agentliyindən APA TV-yə verilən xəbərə görə, partlayış minatəmizləmə əməliyyatlarının icra edilmədiyi ərazidə baş verib.

 

59 yaşlı Alışan Səfərov və 57 yaşlı Faiq Səfərov mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər. Onların, 42 saylı Yol istismar idarəsinin əməkdaşları olduğu müəyyən edilib.

 

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv