Tərtərdə yük və minik maşını toqquşdu – ÖLƏN VƏ YARALANANLAR VAR

Tərtərdə sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Qaraqoyunlu kəndi ərazisində qeydə alınıb.

 

Kənd sakini, 1963-cü il təvəllüdlü Təhməz Məmmədovun idarə etdiyi avtomobil hərəkətdə olan yük maşını ilə toqquşub. Nəticədə minik maşınının sürücüsü Təhməz Məmmədov hadisə yerində dünyasını dəyişib, yük avtomobilində olan sərnişin 1992-ci il təvəllüdlü Cavid Əlizadə və sürücü isə ağır bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətləri ağırdır. 

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv