Təşviş insanda bu xəstəlikləri yarada bilər
Stress insanın özünü narahat və gərgin hiss etməsi ilə müşaiət olunan fizioloji və psixoloji reaksiyadır. Gündəlik həyatda bəzən stress və təşvişlə qarşı-qarşıya qala bilirik. Bəs bu təşviş nədir və niyə yaranır? Təşviş pozuntusu hər hansı bir real təhlükə olmadan ortaya çıxan və insana həm psixoloji, həm də fiziki olaraq təsir edən narahatlıqdır. Qeyd edək ki, təşviş psixoloji xəstəliklərin yaranmasına da səbəb ola bilər. Bəs şiddətli həyəcan və panikaya düşdükdə bu vəziyyətdən necə çıxmaq olar? Əli Nağıyev bildirir ki, bəzən ciddiyə almadığımız bu hallar insanın həyat və fəaliyyətinə mənfi təsir göstərirsə, mütəxəssis dəstəyi mütləqdir.
LƏMAN SALEHOVA ARİF ƏLİYEV APA TV