Təyyarə qəzasında ölən azərbaycanlı kimdir?

Rusiyanın Sankt-Peterburq şəhərində bədbəxt hadisə nəticəsində 40 yaşlı Azərbaycan vətəndaşı həlak olub.

 

APA TV-nin şimal bürosu xəbər verir ki, əvvəllər regional kanallarda müxtəlif vəzifələrdə çalışan Müşfiq İbrahimov Sankt-Peterburq şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində ölüb.

 

Rusiya mətbuatının yazdığına görə, qəza zamanı iki nəfər həlak olub.

 

Müşfiq İbrahimov əslən Quba rayonundandır, ailəlidir, 3 övladı var.

 

Müəllif | Apa.Tv
Apa.tv