Təzə tikdirdiyi evə görə qonaqlıq təşkil edən şəxs saxlanıldı
Təzə tikdirdiyi evə görə qonaqlıq təşkil edən şəxs saxlanıldı
Təzə tikdirdiyi evə görə qonaqlıq təşkil edən Astara sakini saxlanılıb.
APA TV-nin cənub bölgəsinin verdiyi məlumata görə, Astara Rayon Polis Şöbəsinə rayonun Marzəsəy kənd sakini olan Şadoğlan Əliyevin karantin qaydalarını pozaraq məclis təşkil etməsi barədə məlumat daxil olub.
Astara Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəlib və məlum olub ki, kənd sakini Şadoğlan Əliyev oğlu üçün tikdirdiyi yeni evə görə 40 nəfərlik məclis təşkil edib. Polis əməkdaşları tərəfindən məclisin keçirilməsinin, insanların ora toplaşmasının qarşısı alınıb. Karantin rejiminin qaydaları və tələbləri bir daha onların diqqətinə çatdırılıb. Karantin qaydalarını pozan Şadoğlan Əliyevin barəsində toplanmış materiallar Astara Rayon Məhkəməsinə göndərilib.
Tural Kərimov
Rövşən Əzimov