“Təzəpir” məscidində bayram namazı qılınıb
Bu gün Bakının “Təzəpir” məscidində Qurban bayramı münasibətilə bayram namazı qılınıb.
APA TV-nin xəbərinə görə, “Təzəpir” məscidində bayram namazını Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə qıldırıb.
Bayram namazında İranın Ali Rəhbərinin Azərbaycandakı nümayəndəsi höccətül-islam Ocaq Nejad ağa və İran səfiri Seyid Abbas Musəvi də iştirak ediblər.
Xatırladaq ki, iyulun 20-si və 21-də Azərbaycanda Qurban bayramı qeyd olunur.