Tibbi maskadan istifadə etməyən koronavirus xəstəsi barədə cinayət işi açıldı

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən 34 yaşlı Rəşad Əhmədov Binə qəsəbəsində ictimai yerdə tibbi maskadan istifadə etmədiyinə görə saxlanılıb.


DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, araşdırma zamanı onun aktiv Covid-19 virusunun daşıyıcısı kimi qeydiyyatda olduğu müəyyənləşib. 


Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb. 


Faktla bağlı cinayət işi başlanıb. İstintaq araşdırmaları davam etdirilir. 

 

Müəllif | Apa.Tv
Apa.tv