Ticarət mərkəzinin tualetində qadınları soydular

Bakıda ticarət mərkəzində oğurluq edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nərimanov rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birinin sanitar qovşağında Bakı şəhər sakini olan 2 qadının mobil telefonlarının oğurlanması barədə polisə məlumat daxil olub.

Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini olan bir qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv