“Ticarət obyektləri yolu zəbt edib parkinq yaradırlar”
“Ticarət obyektləri yolu zəbt edib parkinq yaradırlar” – APA TV Bakı-Sumqayıt yolunda tıxacın əsas səbəblərindən biri yolun “Şamaxinka” dairəsindən başlayaraq daralmasıdır. Bu hissədə yoldakı zolaqların azalması buna sübutdur. Yolun daralması isə yaxınlıqdakı obyektlərlə əlaqədardır. Belə ki, burada yol kənarındakı obyektlər üçün qeyri-qanuni parkinq yaradılır. Sözügedən hallara şəhərin müxtəlif yerlərində rast gəlmək olar. Ekspertlər hesab edir ki, həmin ərazidə nəqliyyat vasitələri üçün zolaqların sayını artırmaq mümkündür. Bu, tıxacın nisbətən azalmasına gətirib çıxara bilər. Ümumiyyətlə isə ekspertlər tıxac probleminin həllini yalnız aidiyyəti qurumlar tərəfindən bu istiqamətdə geniş tədbirlərin görülməsində görürlər.
ORXAN ASLAN VÜSAL BAYRAMOV APA TV