“TikTok”da özünü hərbçi kimi təqdim edən qadınla bağlı - AÇIQLAMA

“TikTok”da özünü hərbçi kimi təqdim edən qadınla bağlı - AÇIQLAMA Müdafiə Nazirliyi sosial şəbəkələrdə hərbi qulluqçu adından paylaşım edən vətəndaşla bağlı açıqlama yayıb. APA TV xəbər verir ki, açıqlamada deyilir: “Sosial şəbəkələrdə özünü Hərbi Polis əməkdaşı olaraq hərbi geyim formasından və fərqlənmə nişanlarından istifadə edərək müxtəlif zabit rütbələri ilə “Gülər Məmmədova” adı altında “hərbi226” hesabından paylaşımlar edən vətəndaşın Azərbaycan Ordusuna heç bir aidiyyəti yoxdur”.

Müəllif | Apa.Tv
Apa.tv