TIR-la "KamAZ" toqquşdu, ölən var
Göygöl rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan TIR arxadan "KamAZ"a çırpılıb. Qəza zamanı TIR-ın sürücüsü hadisə yerində ölüb. Qəza zamanı "KamAZ"da olan çınqıl daşı yola dağılıb.
Faktla bağlı araşdırma aparılır.