TIR-lar Mərkəzi Bankdan Elman Rüstəmovun əşyalarını daşıyıb?
Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilib.
Bu xəbər yayıldıqdan bir neçə saat sonra isə sosial şəbəkələrdə Mərkəzi Bankın qarşısında 2 TIR-ın dayandığını əks etdirən fotolar paylaşılıb. İddia edilib ki, sabiq baş bankir həmin yük maşınlarını şəxsi əşyalarını daşımaq üçün gətizdirib.
İddiada həqiqət payının olub-olmadığını öyrənmək üçün Mərkəzi Bankın mətbuat katibi Namiq Əliyevlə əlaqə saxladıq.
O, iddanın əsassız olduğunu söylədi. Bildirdi ki, TIR-lar işlə əlaqədar olaraq əraziyə gətirliblər. Namiq Əliyevin sözlərinə görə, vətəndaşlar həmin TIR-ları mütəmadi olaraq bankın qarşısında görə bilərlər.