Tofiq Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edildi

Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

 

APA TV-nin məlumatına görə, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə  hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən Tofiq Yaqublu 4 il 3 ay müddətinə (ciddi rejimli) azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, prokuror T.Yaqublunun 4 il 6 ay müddətinə (ciddi rejimli) azadlıqdan məhrum edilməsini istəmişdi.

 

Qeyd edək ki, T. Yaqublu barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Müəllif | Apa.Tv
Apa.tv