Tofiq Yaqublu barəsində hökmdən apelyasiya şikayəti verilib
Müsavat Partiyasının üzvü Tofiq Yaqublu barəsində olan hökmdən apelyasiya şikayəti verilib.
APA TV-nin xəbərinə görə, bu barədə onun vəkili Aqil Layıcov özünün "Facebook" səhifəsində məlumat verib.
O bildirib ki, Nizami rayon Məhkəməsinin hökmündən şikayət verərək, T. Yaqublu barəsində bəraət hökmünün çıxarılmasını tələb ediblər.
Qeyd edək ki, Nizami rayon Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu 4 il 3 ay müddətinə (ciddi rejimli) azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Tofiq Yaqublu barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə cinayət işi başlanıb.