Tofiq Yaqublu ev dustaqlığına buraxıldı

 

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu ev dustaqlığına buraxılıb.

APA TV-nin məlumatına görə, Bakı Apelyasiya Məhkəməsində Tofiq Yaqublunun barəsindəki hökmdən verilən şikayətə baxılıb.

Məhkəmə Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edib. Növbəti məhkəmə prosesi sentyabrın 28-nə təyin edilib.

 

Məhkəmənin hökmündən sonra Tofiq Yaqublu aclığı dayandırıb və xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, Tofiq Yaqublu xuliqanlıqda təqsirli bilinərək, Nizami rayon Məhkəməsinin hökmü ilə 4 il 3 ay azadlıqdan məhrum edilmişdi.

 

Müəllif | Apa.Tv
Apa.tv