Tom Henks və həyat yoldaşı koronavirusa yoluxub

Məşhur Hollivud aktyoru və həyat yoldaşında koronavirus aşkarlanıb.

 

APA TV-nin Britaniya bürosunun verdiyi xəbərə görə, Hollivudun məşhur ulduzu Tom Henks və həyat yoldaşı Rita Uilson koronavirusa yoluxub.

 

Bu barədə aktyor özünün "Twitter" səhifəsində yazıb. Kino çəkilişləri üçün Avstraliyada olan 63 yaşlı aktyor xəstəliyin simptomlarını göstərdiyini, bədənində üşütmə olduğunu bildirib. Bundan sonra isə testdən keçən aktyor və həyat yoldaşı koronavirusa yoluxduqlarını bildiriblər.

 

Müəllif | Apa.Tv
Apa.tv