"Torqovı"da partlayış – ANBAAN GÖRÜNTÜLƏR
Paytaxtın Nizami küçəsində partlayış baş verib.
Səbail rayonu, Nizami (Torqovı) küçəsindəki kanalizasiya quyularından birində baş vermiş tüstüləmə ilə əlaqədar polis əməkdaşları vətəndaşları təhlükəsiz əraziyə təxliyə edib.
Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, rabitə quyularından birində partlayış baş verib, yeraltı kommunikasiya xətlərində olan yanğın söndürülüb. Hadisənin səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır.