Tovuz istiqamətində vəziyyət yenidən gərginləşdi - ORDUMUZ CAVAB TƏDBİRLƏRİ GÖRÜR
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən APA TV-yə verilən məlumata görə, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini yenidən artilleriya atəşinə tutub.
Nazirlikdən verilən xəbərə görə, düşmən Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub.
Hazırda cəbhə xətti boyu əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.
Düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür.