Tovuz, Naftalan və Ağstafada şəhidlərimiz yad edilib

Vətən müharibəsinin dönümü Gəncədə də qeyd olunub.

 

Şəhidlərimizin xatirəsi hörmətlə yad edilib, əldə olunan tarixi qələbəmizdə vətən üçün canından keçən igidlərimizin xatirəsi anılıb.

 

Gəncənin şəhidlər xiyabanında insan izdihamı yaşanıb.

 

Anım günü Tovuz rayonunda qeyd olunub.

 

APA TV-nin yerli bürosu xəbər verir ki, anım mərasimində rayon rəhbərliyi, şəhid ailələri və qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

 

Anım Günü ilə bağlı Naftalanda da tədbir keçirilib. 

 

Tədbirdə şəhidlərin əziz xatirəsinə ucaldılan Memorial Xatirə Kompleksi ziyarət olunub, gül dəstələri düzülüb, şəhidlərin xatirəsi ehtiramla anılıb.

 

Ağstafa rayonunda da şəhidlərimizin xatirəsi anılıb.

 

Anım mərasimdə Ağstafa şəhərinin mərkəzində şəhidlərimizin xatirəsinə ucaldılmış məşəlin və Şəhidlər ölməz, vətən bölünməz abidə kompleksinin qarşısına əklil və tər çiçəklər düzülüb. Şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edilib.

 

Daha sonra tədbir iştirakçıları Ağstafada yerləşən Şəhidlər Xiyabanında şəhidlərimizin ruhuna dualar oxuyaraq, onların məzarları üzərinə əklil və tər çiçəklər düzüblər.

 

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV

 

 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv