Tovuz rayonunda 37 yaşlı kişini cərəyan vurub
Tovuz rayonunda 37 yaşlı kişini cərəyan vurub.
APA Tv xəbər verir ki, rayonun Aşağı Quşçu kənd sakini, 1983-cü il təvəllüdlü Nəsimi Sadıqovu ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin tibbi müayinəsindən sonra onun öldüyü məlum olub. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.