Tovuz sakini dayısını qətlə yetirdi

Tovuz sakini dayısını qətlə yetirib.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib.

 

Kənd sakini Vüqar Səfərov mübahisə zəminində bıçaqla dayısı Mahmud Əsgərovun ürəyindən vurub. Nəticədə Mahmud Əsgərov hadisə yerində keçinib. Vüqar Səfərov polis tərəfindən saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam edir.

 

 

Müəllif | Apa.Tv
Apa.tv