Tovuz sakini Kürdə boğuldu
Tovuzda bir nəfər Kür çayında batıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Hunlar kəndi ərazisində qeydə alınıb.
Rayonun Cəlilli kənd sakini, 1996-cı il təvəllüdlü Ümid Qasımov Kürdə boğulub. Gənc oğlanın meyit sudan çıxarılaraq Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinə yerləşdirilib. Meyit müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov
APA TV