Tovuz sakininin tövləsi yandı, köməyə gələn qonşu zəhərləndi

Tovuzda vətəndaşa məxsus mal tövləsi içərisindəki ot bağlamaları və yem tədarükləri ilə birlikdə yanıb. Hadisə rayonun Azaflı kəndində qeydə alınıb. Ev sahibi Nəriman Qurbanovun dediyinə görə, alov elektrik naqillərində yaranan qısa qapanma nəticəsində yaranıb.

Dərhal əraziyə FHN-nin Yanğından Mühafizə Hissəsinin Tovuz rayon şöbəsinin iki avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı tövlədə olan heyvanlar xilas edilib. Bu zaman köməyə gələn qonşulardan biri 51 yaşlı Qurban Sadıqov tüstüdən zəhərlənib. Zərərçəkən Təcili Yardım vasitəsi ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti kafi qiymətləndirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv