Tovuz və Kəlbəcər atəşə tutuldu – RƏSMİ – APA TV

Sentyabrın 13-ü Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı və Tovuzqala rayonunun Mosesqex yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə APA TV-yə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

Müəllif | Apa.Tv
Apa.tv