Tovuzda 18 yaşlı ana doğuşdan 19 gün sonra öldü
Tovuzda doğuşdan 19 gün sonra ana ölümü baş verib.
Sentyabrın 28-də rayonun Yuxarı Öysüzlü kənd sakini, 2004-cü il təvəllüdlü Zamanə Əliyeva rayon Mərkəzi xəstəxanasına doğuş üçün gətirilib. Qadın xəstəxanada oğlan uşağı dünyaya gətirib.
Xəstəxanadan APA-TV ya bildirilib ki, doğuşdan sonra ananın vəziyyəti ağırlaşdığına görə, müalicə üçün Bakıya aparılıb. Bir neçə gün sonra vəziyyəti yaxşılaşan qadın yaşadığı evə gətirilib. Lakin ötən gün yenidən halı pisləşən 18 yaşlı ana ağır vəziyyətdə Tovuz Mərkəzi xəstəxanasına çatdırılıb və orada keçinib. Qeyd edilib ki, gənc qadın ağ ciyər çatışmazlığından əziyyət çəkib.
Hazırda faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV